AZ

Messinin ilk müqaviləsi olan salfet hərracda bu qiymətə satıldı – FOTO

Argentinalı futbolçu Lionel Messinin İspaniyanın “Barselona” klubu ilə ilk müqaviləsi olan salfet 762 400 funta satılıb ki, bu da indiki məzənnə ilə demək olar ki, 900 min avro təşkil edir.

Publika.az xəbər verir ki, hərracın şərhində deyilir ki, 13 yaşlı Lionel Messi “Barselona” ilə ilk müqaviləsini bu salfetdə imzalayıb.

Lionel Messi “Barselona”nın əsas komandasında debütünü 2003-cü ilin noyabrında Portuqaliya “Portu”su ilə yoldaşlıq oyununda edib. Messinin rəsmi matçda debütü 16 oktyabr 2004-cü ildə baş tutub. O, “Espanyol” ilə matçın bitməsinə səkkiz dəqiqə qalmış əvəzedici kimi meydana çıxıb. Argentinalı 2021-ci ilə qədər “Barselona”da çıxış edib. Hazırda 36 yaşlı futbolçu Amerikanın “İnter Mayami” klubunda çıxış edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
8
publika.az

10Mənbələr