EN

Gürcüstan vətəndaşı Qaxda ölü AŞKARLANDI

Gürcüstan vətəndaşı Qaxda kirayə qaldıgı evdə ölüb.

"Unikal" xəbər verir ki,hadisə Qax şəhər ərazisində baş verib. Belə ki, Gürcüstan Respublikası vətəndaşı 1952-ci il təvəllüdlü Zurab Celiqadze meyiti kirayə qaldıgı ünvanda aşkar edilib. Hadisə yerinə TTY briqadası və hüquq- mühafizə orqanları cəlb olunub. Müayinə zamanı Z. Celiqadzenin ürək tutmasından öldüyü məlum olub.
Qey edək ki, Z. Celiqadze Qax şəhərində avtomobil ustası kimi calışırdı.
Faktla baglı araşdırma aparılır.

Seymur Əli

Chosen
260
34
unikal.az

10Sources