![](https://sportnet.az/uploads/posts/2024-05/medium/1715928392_vol.jpeg)
Bu gün Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, məlumatına görə, kişilərdən ibarət yığma Bakıda Rumıniyanı qəbul edəcək.
Görüş saat 18:00-da start götürəcək.
Qadınlar isə Xorvatiyadakı turnirdə meydan sahibləri ilə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.