Türkiyə 1-ci Liqasında pley-off matçlarına start verilib.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” səfərdə “Çorum”un qonağı olub. Oyun Ramilin komandasının məğlubiyyəti ilə nəticələnib – 1:2. Bununla da Türkiyə Superliqasına yüksəlmək şansını itirib.
Ramil bu oyunda start heyətində yer alıb və sona kimi meydanda olub.