ABŞ və Tayvan donanmaları aprel ayında Sakit okeanda birgə qeyri-rəsmi təlimlər keçirib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Çinin ada yaxınlığında keçirdiyi hərbi təlimlər fonunda Vaşinqton və Taypey son illərdə hərbi əməkdaşlığı genişləndirir.
Mənbələrin bildirdiyinə görə, ümumilikdə ABŞ-Tayvan təliminə "bir neçə hərbi aktiv" - hər iki tərəfdən təxminən onlarla gəmi, o cümlədən freqatlar, təchizat və dəstək gəmiləri cəlb olunub.
Həmçinin qeyd olunur ki, təlimlər rəsmi olaraq elan olunmayıb - hər iki tərəf onların sadəcə olaraq “təsadüfi təmasların” nəticəsi olduğunu deyir.