AZ

Qarabağda  və Şərqi Zəngəzurda nəhəng tikinti-quruculuq işləri davam edir

Ötən il türk dünyasının, bu il islam dünyasının mədəniyyət paytaxtı elan edilməsi heç şübhəsiz ki, əziz Şuşamıza  verilən böyük qiymətdir. Xüsusilə ötən həftə  “Xarıbülbül” festivalının yenidən Şuşada, həm də dünya ölkələrinin mədəniyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi dünyanın diqqət mərkəzində oldu. Ən böyük tarixi hadisə isə odur ki, Şuşa artıq şuşalılarındır. 32 illik həsrətə son qoyan şəhər sakinləri doğma yurdlarında yaşamağa davam edirlər. Bu qədim şəhər artıq bundan sonra təhsili, səhiyyəsi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə xoşbəxt sabahlara doğru inamla irəliləyəcək. 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin  mayın 10-da Şuşada yaşamağa başlamış keçmiş məcburi köçkünlərlə görüşdü. Onlara bu tarixi hadisə ilə bağlı xoş arzularını diləyən Ali Baş Komandanımız işğaldan azad edilən torpaqlarımızda aparılan genişmiqyaslı yenidənqurma və quruculuq işləri haqqında danışdı. Bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan tikinti-quruculuq işləri miqyasına və sürətinə görə dünyanı heyrətləndirir. Bir yanda yollar çəkilir, körpülər salınır, hava limanları tikilib istifadəyə verilir. Bir yanda da müasir yaşayış məskənləri salınır, qayıdış karvanları ilə yurdlarına dönən keçmiş məcburi köçkünlərimiz isti od-ocaqlarına qovuşdurulur. Bütün bunlar isə Azərbaycan xalqının, dövlətinin dahi xilaskarı Ulu Öndər Heydər Əliyevin vaxtilə dilə gətirdiyi Qarabağ, Şərqi Zəngəzur arzularının çin olduğu tarixi və müqəddəs dövrdür.

Ali Baş Komandanımız sakinlərlə görüşündə 1992-ci ilin mayın  8-də Şuşanın  işğalında xəyanət hallarından da danışdı. Vurğuladı ki, AXC-Müsavat cütlüyünün hakimiyyətə can atdığı dövrdə və o vaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı. Azərbaycan xalqı öz böyüklüyünü 1993-cü ildə nümayiş etdirdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər. Ulu Öndər Bakıya qayıdana qədər ölkədə hakimiyyətsizlik, özbaşınalıq, xaos hökm sürürdü. Azərbaycan Ulu Öndərin fəaliyyəti nəticəsində inkişaf yoluna qədəm qoydu. O vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti  Zəfərimizə sevinməyiblər. Onlar Azərbaycanın Qələbəsinə bu günə qədər kölgə salmağa çalışırlar.

Görüşdə ötən illər ərzində anti-Azərbaycan qüvvələrdən danışan Prezident İlham Əliyev deyib ki, Minsk Qrupunun 28 ildəki fəaliyyətinin Azərbaycan xalqına qarşı yönəlmişdi. Fransaya və Amerikaya sərt xəbərdarlıq edən Prezident İlham Əliyev vurğulayıb ki, bundan sonra da bu bölgədə dövlətimizin  iradəsindən kənar heç bir məsələ həll olunası deyil.: «Bu ölkələr bunu birdəfəlik bilməlidirlər. Azərbaycanın siyasəti beynəlxalq hüquqa və ədalətə əsaslanır.» Müzəffər Ali Baş Komandanımız görüşdə xüsusi vurğuladı ki,  «Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda Azərbaycandan heç kim inciməsin. Heç kim Azərbaycanın qabağında dura bilməz. Heç kim Azərbaycana heç nə diktə edə bilməz və ölkəmizin daxili işlərinə müdaxilə edə bilməz.» 

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşuilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
264
18
ikisahil.az

10Mənbələr