EN

Rusiya çip probleminə görə ana südü pompalarına möhtac qalıb - ABŞ MN

ABŞ-ın mikroçip ticarətinə tətbiq etdiyi məhdudiyyətlər “Rusiyanı əhəmiyyətli dərəcədə yavaşladıb” və rusları məişət əşyalarında çiplərdən istifadə etməyə məcbur edib. 

Valyuta.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Gina Raimondo Konqresdəki dinləmələrdə Amerika sanksiyalarının təsirindən danışarkən deyib.

“Biz Rusiyaya 700-ə yaxın ikili təyinatlı malların ixracına məhdudiyyətlər qoyduq və Rusiyaya ixrac məhdudiyyətlərini aşmağa kömək etdiyi üçün 100-ə yaxın Çin şirkətini sanksiyalar siyahısına əlavə etdik”, - deyə Raimondo bildirib.

Senatorlar qeyd ediblər ki, sanksiyalara baxmayaraq, ruslar hələ də adi məişət əşyalarından ticarət çiplərindən istifadə edə bilərlər. Nazirin sözlərinə görə, bu, sanksiyaların effektiv olmasına işarədir.

"Rusiya ana südü pompalarından, soyuduculardan və bu kimi şeylərdə olan çiplərdən istifadə etmək məcburiyyətindədir - bu, məhz bizim ilkin məhdudiyyətlərimizin işlədiyi üçündür", - o deyib.

Raimondo əmindir ki, ABŞ-ın ixrac məhdudiyyətləri “Rusiyanı əhəmiyyətli dərəcədə yavaşladıb”. O, əmin edib ki, Birləşmiş Ştatlar daim sanksiyaları artırır və problemi həll etmək üçün “bütün mümkün vasitələrdən” istifadə edir.

Nicat

Chosen
159
6
valyuta.az

5Sources