EN

Sabah bəzi yerlərdə su olmayacaq

14-16 may tarixlərində Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar kəmərin marşrutu boyu yerləşən və bu xətdən qidalanan kəndlərə, eləcə də Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsi dayandırılacaq.

Bu barədə "Operativ Media"ya Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb Oğuz-Qəbələ-Bakı su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Eyni zamanda Abşeron, Binəqədi, Yasamal, Nəsimi və Səbail rayonları ərazisində suyun verilişi rejimlərində tənzimləmələr aparılacaq.

Qeyd edək ki, bu müddətdə Ceyranbatan Sutəmizləyici Qurğularında emal olunan və şəbəkəyə ötürülən suyun həcmi artırılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
482
50

1Sources

Comment ()
Close