AZ

Sabahdan bu iki qəsəbəyə suyun verilişi dayandırılacaq

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 14-16 may tarixlərində kəmərin marşrutu boyu yerləşən və bu xətdən qidalanan kəndlərə, eləcə də Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsi dayandırılacaq. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, bununla yanaşı Abşeron, Binəqədi, Yasamal, Nəsimi və Səbail rayonları ərazisində suyun verilişində tənzimləmələr aparılacaq.

Qeyd edək ki, bu müddətdə Ceyranbatan Sutəmizləyici Qurğularında emal olunan və şəbəkəyə ötürülən suyun həcmi artırılacaq.

Mətləb

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
445
49
sesqazeti.az

10Mənbələr