EN

Aldadılan qadından İNTİQAM: Əri ilə sevgilisi eyni evdə olanda...

Türkiyədə aldadılan qadın ərinin başqa qadınlarla münasibətdə olduğunu eşidəndə şoka düşüb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, o ərindən intiqam almaq qərarına gəlib.

O, ərinin sevgilisi ilə yaşadığı evə əl qumbarası atıb. 4 ədəd əl qumbarasından birinin sancağını dartıb evin bacasına atıb. Əl qumbarasının partlaması nəticəsində evdə olan əri və qadın yoldaşı yaralanıb. Partlayışdan sonra hadisə yerindən qaçan şəxs yerdə qalan 3 əl qumbarasını da özü ilə götürərək evində gizlədib.

Qadın qısa müddətdən sonra polis tərəfindən saxlanılıb. Qəsdən adam öldürməyə cəhd və təhlükəli maddələri icazəsiz saxlama maddələri üzrə həbs olunub.


BiG.Az
Chosen
59
1
big.az

2Sources