Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.
“Valensiya” – “Rayo Valyekano” matçında qapılara qol vurulmayıb. “Kadis” “Xetafe”ni, Madrid “Atletiko”su da “Selta”nı öz meydanında minimal hesabla məğlub edib.
Beş qolun qeydə alındığı “Betis” – “Almeriya” matçında da qələbəni meydan sahibləri bayram ediblər.
35-ci tura sabah keçiriləcək “Barselona” – “Real Sosyedad” matçı ilə yekun vurulacaq.
İspaniya, La Liqa
35-ci tur
10 may
Alaves – Jirona 2:2
Qollar: Quridi, 12; 90+9 – E.Qarsiya, 4. Y.Errera, 44.
11 may
Malyorka – Las Palmas 1:0
Qol: C.Qonsales, 29.
Vilyarreal – Sevilya 3:2
Qollar: Sörloot, 30; 90+7. Moskera, 84 – En Nesiri, 26; 44.
Qranada – Real 0:4
Qollar: F.Qarsiya, 38. A.Gülər, 45+2. B.Dias, 49; 58.
Atletik – Osasuna 2:2
Qollar: İ.Uilyams, 58. Vilyalibre, 90+6 – R.Qarsiya, 40; 47.
12 may
Kadis – Xetafe 1:0
Qol: Alkaras, 35-pen.
Atletiko – Selta 1:0
Qol: De Paul, 84.
Valensiya – Rayo Valyekano 0:0
Betis – Almeriya 3:2
Qollar: Fornals, 8. İsko, 28. A.Peres, 64 – Leo Baptistao, 45+1. Romero, 66.
13 may
23:00. Barselona – Real Sosyedad