EN

“Arsenal” yenidən zirvəyə yüksəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında 37-ci turun növbəti oyunu keçirilib.

Publika.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Arsenal” səfərdə “Mançester Yunayted”lə üz-üzə gəlib.

Oyun “Topçular”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1. Oyunda yeganə qolu matçın 20-ci dəqiqəsində Trossar vurub.

Bu qələbədən sonra xallarının sayını 86-ya çatdıran “Arsenal” turnir cədvəlində liderliyi ələ keçirib. Ondan bir oyun az keçirən “Mançester Siti” isə 85 xalla ikincidir.

Chosen
86
9
publika.az

7Sources