AZ

"Arsenal" səfərdə "Mançester Yunayted"i məğlub etdi

İngiltərə Premyer Liqasında 37-ci turun növbəti oyunu keçirilib.

Sportnet.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Arsenal” səfərdə “Mançester Yunayted”lə üz-üzə gəlib.

Oyun “topçular”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1. Yeganə qolu matçın 20-ci dəqiqəsində Trossar vurub.

Bu qələbədən sonra xallarının sayını 86-ya çatdıran “Arsenal” turnir cədvəlində liderliyi ələ keçirib. Ondan bir oyun az keçirən “Mançester Siti” isə 85 xalla ikincidir.

Bu məğlubiyyətsən sonra “Mançester Yunayted” 54 xalla 8-ci pillədə qaıb və növbəti mövzum avrokuboklarda oynamaq şansını xeyli azaldıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
9
sportnet.az

7Mənbələr