Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.
Günün ilk matçında çempionatda sonuncu olacağı dəqiqləşən \"Qəbələ\" \"Sabah\"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib -2:0. 33-cü dəqiqədə Əyyub Əllaş, 45+1-ci dəqiqədə Klesio Bauk fərqlənib.
65-ci dəqiqədə Davit Volkov birbaşa qırmızı vərəqə alaraq paytaxt təmsilçisini azlıqda qoyub.
\"Qəbələ\" qalibiyyət sayəsində xallarının sayını 23-ə çatdırıb. \"Sabah\" hələlik 52 xalla 4-cü sıradadır.
Bu gün \"Sumqayıt\" - \"Səbail\" görüşü də baş tutacaq.
Qeyd edək ki, daha əvvəl \"Neftçi\" \"Kəpəz\"i (5:1), \"Turan Tovuz\" \"Araz-Naxçıvan\"ı (1:0), \"Qarabağ\" \"Zirə\"ni (1:0) məğlub edib.