“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, eyni zamanda, ikili vətəndaşlığın tətbiqi ilə bağlı referendum keçirilir.
Bildirilib ki, səsvermədə təxminən 1900 seçki məntəqəsi xidmət göstərir.
Ölkənin 2,889 milyon sakini və xaricdəki Baltikyanı respublika vətəndaşlarından 2385 nəfəri səsvermə hüququna malikdir.
Qeyd edək ki, Litva prezidenti birbaşa gizli səsvermə yolu ilə beş il müddətinə seçilir. Namizədlər üçün 40 yaş həddi, habelə mənşəyinə görə Litva vətəndaşı olmaq və ən azı son üç il ərzində ölkədə yaşamaq tələbi var.
Dövlət başçısı postu uğrunda 8 namizəd mübarizə aparır. Onlardan 4-ü siyasi partiyalar, 4-ü isə özünün namizədliyini irəli sürüb.
Ekspertlərin fikrincə və sosioloji sorğulara əsasən, favoritlər hazırkı prezident, ikinci müddətə prezident olmaq istəyən 59 yaşlı Gitanas Nauseda, Baş nazir, 49 yaşlı İnqrida Simonite və müstəqil namizəd, hüquqşünas 48 yaşlı İqnas Vegeledir. Qalib gəlmək üçün namizəd səslərin 50%-dən çoxunu almalıdır. Mayın 12-də ərizəçilərdən heç biri bunu bacarmasa, iki həftə sonra birinci mərhələnin iki liderinin iştirakı ilə ikinci tur keçiriləcək.
10Sources
-
demokrat.azLitvada prezident seçkiləri keçirilir ( 6346720)
-
moderator.azLitvada prezident seçkiləri keçirilir ( 6346390)
-
azxeber.comLitvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir ( 6346126)
-
teleqraf.comLitvada prezident seçkilərinə səsvermə başladı ( 6344989)
-
Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir ( 6344896)
-
qafqazinfo.azLitvada prezident seçkiləri keçirilir ( 6344848)
-
sfera.azLitvada prezident seçkiləri başladı ( 6344731)
-
publika.azLitvada prezident seçkilərinə səsvermə başladı ( 6344692)
-
korrespondent.azLitvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir ( 6344617)
-
viral.azLitvada prezident seçkiləri başladı ( 6344581)