AZ

Litvada prezident seçkilərinə səsvermə başladı

Litvada prezident seçkilərinə səsvermə başlayıb.

Teleqraf.com xəbər verir ki, ölkədə müstəqillik dönəmindən sonra səkkizinci prezident seçkiləri keçirilir. Eyni zamanda, ikili vətəndaşlığın tətbiqi ilə bağlı referendum baş tutur.

Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) təxminən 1900 seçki məntəqəsi açılıb.

Dövlət başçısı postu uğrunda 8 namizəd mübarizə aparır. Onlardan 4-ü siyasi partiyalar, 4-ü isə özünün namizədliyini irəli sürüb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
3
teleqraf.com

10Mənbələr