EN

Azad olunan bölgələrdə aşkarlanan silah-sursatların sayı açıqlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yaylb
4-10 may tarixlərində polis əməkdaşları Xankəndi şəhəri ərazisindən 38 avtomat silahı, 8 tapança, 14 tüfəng aşkarlayıblar.
Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bundan başqa, şəhərdə 1 qumbaraatan, 23 qumbara, 23 alışdırıcı, 136 patron darağı, 21.040 ədəd müxtəlif çaplı patron, 5 trotil, 27 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Həmçinin Ağdərə rayonu ərazisindən 5 avtomat silahı, 18 patron darağı və 290 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Chosen
249
22
ayna.az

10Sources