AZ

Xankəndidə 41 avtomat, 16 mindən çox müxtəlif çaplı patron tapılıb

Xankəndidə silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyindən Medianews.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə 25-31 may tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 41 avtomat silahı, 6 tapança, 8 tüfəng, 45 qumbara, 5 mərmi, 60 alışdırıcı, 125 patron darağı, 16323 ədəd müxtəlif çaplı patron, 29 ədəd süngü-bıçaq, 4 rabitə vasitəsi və digər sursatlar, Xocalı və Xocavənd rayonları ərazisindən isə ümumilikdə 2 avtomat silahı, 57 qumbara, 9 mərmi, 22 alışdırıcı, 56 patron darağı, 9560 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
37
medianews.az

10Mənbələr