Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti metro vaqonları üçün təkər cütləri alır.İqtisadiyyat.az xəbər verir ki, yeni təkər cütləri “81-717/714” seriyalı metro vaqonları üçün nəzərdə tutulub. Sifarişi Oktyabrskiy Elektrovaqonoremontnıy Zavod SC həyata keçirəcək. “Bakı Metropoliteni” zavoda 753 664,1 manat ödəniş edəcək.