EN

Peyğəmbər anadangəlmə yarımsünnətli diaqnozu qoyulan körpə əməliyyat olunub

Hələ körpə olduğunda valideynləri cinsiyyət orqanında ciddi əyrilik, çiş elədiyi dəliyin normal yerinə deyil, aşağıya açıldığı üçün uşağı müayinəyə gətirmişdilər. Körpəyə Hipospadiya - peyğəmbər anadangəlmə yarımsünnətli diaqnozu qoyulmuşdu.
 
Aztibb.az xəbər verir ki, bu barədə tanınmış uroloq, Mərkəzi Klinikanın uşaq cərrahı Günel Əmiraslanova sosial şəbəkədə məlumat paylaşıb.
 
Məlumatda bildirilir: "Əməliyyat olması üçün bu günü, uşağın 1 yaşının tamam olmasını gözlədik. Əməliyyat uğurlu keçdi, çiş elədiyi dəlik ucuna, yəni normal yerinə gətirildi. Həmçinin cinsiyyət orqanındakı əyrilik düzəldildi"
Chosen
106
aztibb.az

1Sources