Avropa İttifaqı (Aİ) Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsinə dair layihəni razılaşdırıb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.
Bildirilib ki, Brüssel bu layihəni hazırda Kiyevlə müzakirə edir.
Qeyd edilib ki, bu yaxınlarda Aİ-nin 27 ölkəsinin səfirləri 11 səhifəlik mətnlə bağlı razılığa gəliblər. Brüssel iyulun əvvəlindən gec olmayaraq zəmanət vermək niyyətindədir.