AZ

Aİ Ukrayna üçün təhlükəsizlik zəmanəti layihəsini razılaşdırıb

Avropa İttifaqı (Aİ) Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsinə dair layihəni razılaşdırıb.

Bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.

Bildirilib ki, Brüssel bu layihəni hazırda Kiyevlə müzakirə edir.

Qeyd edilib ki, bu yaxınlarda Aİ-nin 27 ölkəsinin səfirləri 11 səhifəlik mətnlə bağlı razılığa gəliblər. Brüssel iyulun əvvəlindən gec olmayaraq zəmanət vermək niyyətindədir.

Sənəddə vurğulanıb ki, Aİ və onun üzv dövlətləri Ukraynanın təhlükəsizliyinin və dayanıqlılığının təmin edilməsinə hərbi və mülki yardım, humanitar, maliyyə, ticarət və iqtisadi dəstək, məcburi köçkünlərin yerləşdirilməsi, islahatlara, yenidənqurmalara dəstək, məhdudlaşdırıcı tədbirlər və diplomatik dəstək vasitəsilə həlledici töhfə verir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
2

1Mənbələr

Şərh ()
Bağla