"Neftçi" heyətinə yeni əcnəbi futbolçu cəlb bilər.
Bizim.Media xəbər verir ki,“ağ-qaralar” “Levski”nin futbolçusu Rikardinyonu transfer etməkdə iddialıdır.
Belə ki, “Neftçi”nin Bolqarıstan klubunun 23 yaşlı braziliyalı hücumçusunu yayda heyətinə qatmağı planlaşdırdığı gözlənilir. Lakin Sofiya klubunun rəhbərliyi onu Rikardinyo üçün 1 milyon avrodan aşağı məbləğə buraxmaq fikrində deyil.
Braziliyalı “Qremio”, “Maritimo” və “Atletiko Qoyaniense”də oynadıqdan sonra 2023-cü ildə “Levski”yə keçib.
Rəşad Rafiqoğlu, Bizim.Media