Azərbaycan 1-ci liqasında 25-ci tura yekun vurulub.
İdmanxeber.az xəbər verir ki, bu gün 4 qarşılaşma keçirilib.
Turun mərkəzi görüşündə “İmişli” öz meydanında lider “Qaradağ Lökbatan”ı qəbul edib. Oyunda qapılara qol vurulmayıb.
Digər oyunlarda qeydə alınan nəticələr belədir:
“Araz Saatlı” – MOİK – 0:5
Qollar: Elmir Rəhimzadə, 38, 47, 62, Cavidan Abbaszadə, 90, Elvin Valiev, 90+3
“Şamaxı” – “Karvan” – 3:0
Qollar: Emin Zamanov, 19, Qurban Səfərov, 38, Bəhruz Teymurov, 54
“Mingəçevir” – “Zaqatala” – 0:0
“İmişli” – “Qaradağ Lökbatan” – 0:0