EN

NATO-nun ABŞ-da keçiriləcək sammitinin vaxtı məlum olub

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) sammiti iyulun 9-dan 11-dək ABŞ-da keçiriləcək.

Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

“ABŞ 2024-cü il iyulun 9, 10 və 11-də Vaşinqtonda NATO sammitinə ev sahibliyi edəcək. Sammitə NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək”, – deyə məlumatda bildirilir.

Mətbuat xidmətindən əlavə ediblər ki, görüşün proqramı daha sonra açıqlanacaq.

Bundan əvvəl “Corriere della Sera” qəzeti NATO-nun ABŞ-da keçiriləcək sammitində Ukraynaya qoşun göndərməkdən imtina edəcəyini açıqlaya biləcəyini yazıb. Sammitdə onlar Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupuna sədrliyi ABŞ müdafiə naziri Lloyd Ostindən NATO-nun Brüsseldəki mənzil-qərargahına keçirməyi planlaşdırırlar.

Mənbə: Haber Global

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
125
34
dogru.az

10Sources