EN

Venesiya gündəlik ziyarətçilərdən 8 gündə 700 min avro qazanıb

Venesiya gündəlik ziyarətçilərdən 8 gündə 700 min avro qazanıb

İtaliyanın kanalları ilə məşhur olan Venesiya şəhərində bir günlük şəhərə gələn turistlər üçün aprelin 25-dən tətbiq edilən giriş haqqından ilk 8 günündə 700 min avrodan çox gəlir əldə edilib.


İtaliyanın "Corriere della Sera" qəzetinin xəbərinə görə, 25 aprel - 2 may tarixləri arasında şəhərə gündəlik 144 min 645 ziyarətçi 5 avroluq giriş haqqı ödəyib. Beləliklə, Venesiya şəhəri 723 min 225 avro qazanıb.

Xəbərlərdə giriş haqqının yığıldığı ilk 8 gün ərzində əldə edilən gəlirin 7 ayda gözlənilən gəlir səviyyəsinə bərabər olduğu və bunun bələdiyyə rəhbərliyinin gözləntilərinin üstündə olduğu qeyd edilib.

Qəzetin xəbərində o da şərh edilib ki, giriş pulu tətbiqi şəhərə turist axınına mane olmayıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
1
afn.az

2Sources