AZ

Venesiya gündəlik ziyarətçilərdən 8 gündə 700 min avro qazanıb

Kanalları ilə məşhur olan İtaliyanın Venesiya şəhərində bir günlük şəhərə gələn turistlər üçün aprelin 25-dən istifadəyə verilən “giriş haqqı” tətbiqinin ilk 8 günündə 700 min avrodan çox gəlir əldə edildiyi bildirilib.

525.az xəbər verir ki, İtaliyanın "Corriere della Sera" qəzetinin xəbərinə görə, 25 aprel - 2 may tarixləri arasında şəhərə gündəlik 144 min 645 ziyarətçi 5 avroluq giriş haqqı ödəyib. Beləliklə, Venesiya şəhəri 723 min 225 avro qazanıb.

Xəbərdə giriş haqqının yığıldığı ilk 8 gün ərzində əldə edilən gəlirin 7 ayda gözlənilən gəlir səviyyəsinə bərabər olduğu bildirilib və bu vəziyyətin bələdiyyə rəhbərliyinin gözləntilərinin üstündə olduğu qeyd edilib.

Qəzetin xəbərində o da şərh edilib ki, giriş pulu tətbiqi şəhərə turist axınına mane olmayıb.

Malik Atilay 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
525.az

2Mənbələr