Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 07:22 radələrində 34 yaşlı şəxsin (cinsi qadın) doğuş səbəbilə çağırış daxil olub.
Mərkəzdən "Cebhe.info"-ya verilən məlumata görə, dərhal ünvana təcili tibbi yardım briqadası göndərilib.
37 hÉ™ftÉ™lik hamilÉ™ olan ÅŸÉ™xsin doÄŸuÅŸ prosesi tÉ™cili tibbi yardım avtomobilindÉ™ baÅŸlayıb, briqada tÉ™rÉ™findÉ™n doÄŸuÅŸ prosesi tÉ™cili tibbi yardım avtomobilindÉ™ idarÉ™ olunub.Â
Təcili tibbi yardım briqadası tərəfindən zahı qadın və yenidoğulmuş uşaq (oğlan) ərazi üzrə ən yaxın ünvana, Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.
Hazırda hər iki şəxsin vəziyyəti stabildir.
Xəstənin ailəsi tərəfindən təcili tibbi yardım briqadasına göstərdikləri tibbi xidmətə və xüsusi qayğıya görə təşəkkür olunub.