AZ

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bərdə rayonu ərazisindən 02.06.2024-cü il tarixində saat 22:30 radələrində 26 yaşlı şəxsin (cinsi qadın) doğuş səbəbilə çağırış daxil olub.
 
Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, Bərdə rayonu üzrə təcili tibbi yardım briqadası dərhal çağırış ünvanına göndərilib.
 
39 həftəlik hamilə olan şəxsin doğuş prosesi təcili tibbi yardım avtomobilində başlayıb və briqada tərəfindən doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub.
 
Təcili tibbi yardım briqadası tərəfindən zahı qadın və yenidoğulmuş uşaq (oğlan) ərazi üzrə ən yaxın ünvana, Bərdə Rayon Doğum Evinə hospitalizasiya olunub.
 
Hazırda hər iki şəxsin vəziyyəti stabildir.
 
Xəstənin ailəsi tərəfindən təcili tibbi yardım briqadasına göstərdikləri tibbi xidmətə və xüsusi qayğıya görə təşəkkür olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
10
aztibb.az

10Mənbələr