Bakı. Trend:
Kosta-Rika və Azərbaycan Gimnastika Federasiyaları arasındagimnastikanın inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumuimzalanıb.
Trend xəbər verir ki, Anlaşma memorandumu AGF-nin baş katibiNurlana Məmmədzadə və Kosta-Rika Gimnastika Federasiyasınınprezidenti Villarreal Guadamuz İveth Lorena tərəfindənimzalanıb.
Bu əməkdaşlıq federasiyalararası təcrübə mübadiləsi baxımındanəhəmiyyətlidir.