AZ

Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında bu idman növünün inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) “İki sahil”ə verilən məlumata görə, memorandum AGF-nin baş katibi Nurlana Məmmədzadə və Lesoto Gimnastika Federasiyasının prezidenti Xeola Makutioano tərəfindən imzalanıb.

Bildirilib ki, bu əməkdaşlıq federasiyalar arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, AGF daha əvvəl Monteneqro, Kuba, Kosta Rika və Hindistanın müvafiq federasiyaları ilə Anlaşma Memorandumu imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
11
ikisahil.az

10Mənbələr