Fərdi mobillik vasitələrinin təşviqi və istifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə Bakı şəhərində işıqforlarda velosiped bölmələrinin quraşdırılması işləri davam etdirilir.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
"Bu çərçivədə R. Behbudov - Ş. Bədəlbəyli küç., Ş. Bədəlbəyli - S. Rüstəm küç., Azərbaycan pr - Ç. Mustafayev küç., M. Əliyev - S. Vurğun küçələrinin kəsişməsində yerləşən işıqforlarda velosiped bölmələrinin quraşdırılması işləri yekunlaşıb",- deyə qurumdan məlumat verilib