Bakı. Trend:
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının IImərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərinərizə qəbulu başa çatır.
Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumatverilib.
Qeyd edilib ki, abituriyentlər bu gün 23:59-dək şəxsikabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-inmüvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133)daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçibqeydiyyatdan keçməlidirlər.
6 may saat 09:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə29230, II qrup üzrə 23163, III qrup üzrə 24499, IV qrup üzrə isə5804 abituriyent elektron ərizəsini təsdiq edib.