Rusiyanın Yeysk şəhərində attraksiondakı nasazlıq səbəbindən üç uşaq xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə
Bildirilib ki, qurğu işə düşən kimi uşaqlar sağa-sola atılmağa başlayıb. Nəticədə uşaqlardan birinin qabırğaları sınıb, digər iki nəfərin isə əzik və sıyrıqları var.
Qeyd olunub ki, olaya səbəb qurğudakı təhlükəsizlik kəmərlərinin sıradan çıxması olub.
Faktla bağlı araşdırma aparılır.