AZ

Almatıda yanan hündürmərtəbəli binadan 15 nəfər təxliyə edilib

Qazaxıstanən Almatı şəhərində çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş verib, xilasedicilər 15 nəfəri təxliyə ediblər.  

Qaziler.az bildirir ki, bu barədə Kazinform xəbər verir.

Sosial şəbəkələrdə yanğın yerindən video yayılıb.   Bildirilir ki, yanğın Nauryzbay rayonundakı “Premiere” yaşayış kompleksində baş verib.

"Almatıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın zəng daxil olduğu andan 22 dəqiqə ərzində söndürülüb. hadisənin səbəbi müəyyənləşdirilir. Ölən və yaralananlar barədə məlumat verilmir. Xilasedicilər 15 nəfəri təxliyyə ediblər", - Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
qaziler.az

10Mənbələr