EN

"Bavariya" uduzdu, "Borussiya"dan darmadağın

style='margin-bottom:10px;'>

Almaniya Bundesliqasında 32-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu gün 5 matç oynanılıb.

“Köln” “Frayburq”la, “Verder” “Borussiya” ilə (Münhenqladbax) heç-heçə edib. Dortmund “Borussiya”sı evdə “Auqsburq”a, “Volfsburq” “Darmştadt”a qalib gəlib. "Bavariya" isə səfərdə “Ştutqart”a uduzub.

Qeyd edək ki, 81 xalla (31 oyuna) turnir cədvəlinə liderlik edən "Bayer" artıq Almaniya Bundesliqasında çempionluğu rəsmiləşdirib. "Bavariya" 69 xalla 2-ci (32 oyuna), "Ştutqart" isə 67 xalla 4-cüdür (32 oyuna).

Almaniya Bundesliqası, 32-ci tur

4 may

"Borussiya" (Dortmund) – "Auqsburq" - 5:1

Qollar: Mukoko, 4; 29. Malen, 20. Roys, 34. Nmeça, 64 – Varqas, 32.

"Ştutqart" – "Bavariya" - 3:1

Qollar: Sterqiu, 29. Yonq, 83. Silas, 90+3 – Keyn, 37-pen.

"Verder" – "Borussiya" (Münhenqladbax) - 2:2

Qollar: Voltemade, 45; 65 – Hak, 8. Noyhaus, 90+1-pen.

"Volfsburq" – "Darmştadt" - 3:0

Qollar: Vimmer, 8, Vind, 11. Çerni, 90+3.

"Köln" – "Frayburq" - 0:0

Chosen
229
3
teleqraf.com

4Sources