"Qarabağ" aparıcı oyunçu ilə müqavilənin müddətini uzatdı
“Qarabağ” futbolçusu Bəhlul Mustafazadə ilə yeni müqavilə imzalayıb.Klubdan BUTA.TV-a verilən məlumata görə, 27 yaşlı müdafiəçi ilə anlaşma müddəti daha 3 il uzadılıb. Beləliklə, təcrübəli oyunçu 2027-ci ilin yayına qədər Ağdam klubunun formasını geyinəcək.