Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib.
Teleqraf.com xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Açılış matçında “Kəpəz” Tovuzda “Sumqayıt”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırda Gəncə klubu 35 xalla 8-ci, “gənclik şəhəri” təmsilçisi 51 xalla 2-ci pillədə qərarlaşıb.
Günün son oyununda çempion “Qarabağ” “Azersun Arena”da “Neftçi”ni sınağa çəkib.
Qarşılaşma "köhlən atlar"ın 5:0 hesablı qalibiyyəti ilə bitib.
Ağdam klubu 76 xalla turnir cədvəlinə başçılıq edir. 50 xalı olan “ağ-qaralar” isə 3-cü pillədə qalıb.
Qeyd edək ki, turun digər oyunları mayın 5-6-da keçiriləcək.
Müəllif: Teleqraf.com