AZ

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Qurban

Bakı, 4 may, AZƏRTAC

Oyunçulardan razı qaldım. Amma daha yaxşı ola bilərdik. Bəzi səhvlərimiz oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXXIII turunda doğma meydanda "Neftçi"ni 5:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Futbolçularının “Neftçi" ilə matça fərqli hazırlaşdıqlarını bildirən Qurban Qurbanov vurğulayıb: "Bəlkə də mən "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm. Çünki onlar bu cür matçlara fərqli yanaşırlar. Məğlubiyyətə baxmayaraq, "ağ-qaralar" böyük klubdur. Hər bir komandanın eniş dövrü olur. Biz də buna hazırlaşmalıyıq".

"Qarabağ"ın baş məşqçisi Toral Bayramovun birinci hissədəki oyunundan razı qalmadığını diqqətə çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
262
46
Mənbələr
Şərh ()
Bağla