"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 33-cü turunda "Kəpəz"lə 1:1 hesabı ilə heç-heçə etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Azarkeşlərimizə təşəkkür edirəm. Tovuz səfəri hər zaman çətin olur. Futbolçularım ağır görünürdü. Oyunun əvvəlində 1-2 epizod yaratdıq. Təəssüf ki, ağır hərəkət etməyimiz, gec qərarlar verməyimiz istədiyimiz kimi oynamağa imkan vermədi. Amma səfərdə 1 xal qazana bildik. Digər oyunlara yaxşı hazırlaşacağıq. Bu gün bir çox şeylər məni razı salmadı. Bunlar "Qarabağ"la matçdakı yorğunluqdan irəli gələ bilər".