"Arsenal" İngiltərə Premyer Liqasında 36-cı tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, London təmsilçisi "Bornmut"u qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Arsenal" - "Bornmut" - 3:0
Qollar: Saka, 45-pen. Trossard, 70, Rays, 90+7
Bu qələbə ilə xalını 83-ə (36 oyun) çatdıran "Arsenal" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Mançester Siti" 79 xalla (34 oyun) 2-ci, "Liverpul" 75 xalla (35 oyun) 3-cüdür.