Bakının kənd və qəsəbələri arasında keçirilən II minifutbol turnirində növbəti oyunlar keçirilib.
İdman.biz xəbər verir ki, 2012-13-cü il təvəllüdlü uşaqlardan ibarət komandaların yarışında yarımfinal mərhələsi başa çatıb.
Ramana İdman Mərkəzində təşkil olunan qarşılaşmalardan sonra “Günəşli” və “Aşağı Güzdək” komandaları finala yüksəliblər. Günəşlinin eyniadlı təmsilçisi yarımfinalın ilk görüşündə “Mərdəkan”ı 7 cavabsız qolla üstələyib. Güzdəklilər isə “Biləcəri”dən güclü olublar – 2:1.
Qeyd edək ki, yarışa mayın 10-da final qarşılaşması ilə yekun vurulacaq.
İdman.biz