Ədliyyə Nazirliyi Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub.
Milli.Az bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovu vəzifəsindən azad edib.
Nazirin digər əmri ilə həmin müəssisədə Əməliyyat-Rejim işləri üzrə müavin vəzifəsində işləyən Elnur Hüseynov 13 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun