Mayın 4-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti rəqəmsal SAT imtahanı keçirilib.
DİM-dən Moderator.az-a bildirilib ki, imtahanda 2 əcnəbi olmaqla, ümumilikdə 94 nəfər iştirak edib.
Növbəti imtahanın 2024-cü il iyunun 1-də keçirilməsi nəzərdə tutulur.
Rəqəmsal SAT imtahanı barədə ətraflı məlumat DİM-in saytında yerləşdirilib. Əlavə sual yarandığı halda international@dim.gov.az ünvanı vasitəsilə əlaqə saxlamaq olar.