Gümrüdə evlərin birində güclü yanğın baş verib.
Axar.az erməni mediasına istinadla xəbər verir ki, yanğın söndürüldükdən sonra evdə 3 və 5 yaşlı qızların meyitləri tapılıb.
Qeyd olunur ki, yanğın haqda siqnal saat 08:00 radələrində daxil olub. Yanğın zamanı evin dam örtüyü və 2 otağı tamamilə yanıb.