Milli komandasının üzvü Ozancan Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland birinci divizionunda növbəti oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, komanda 37-ci turda səfərdə “Helmond Sport”la qarşılaşıb və oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Ozan Can da bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb və sona qədər oynayıb.
Qeyd edək ki, hazırda “Eyndhoven” 40 xalla 15-cidir.