AZ

Ozancan sarı vərəqə aldı, komandası uduzdu

Millimizin üzvü Ozancan Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland birinci divizionunda növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda 37-ci turda səfərdə “Helmond Sport”la qarşılaşıb. Görüşdə "Eyndhoven" 0:2 hesabı ilə uduzub.

Ozancan da bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb və sona qədər oynayıb. 25 yaşlı yarımmüdafiəçi 87-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, hazırda “Eyndhoven” 40 xalla 15-cidi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
2
football-plus.az

4Mənbələr