Tərəflər Azərbaycanın parlaq Qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonrabölgədə sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər, tarixin qara ləkələri olan Xocalı və Srebrenitsa soyqırımları kimi faciələrin bir daha təkrarlanmaması üçün davamlı sülh istiqamətindəki səylərin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Söhbət zamanı Azərbaycan və Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dostluq əlaqələrinin tarixindən, bugünkü inkişafından, həmçinin müxtəlif sahələrdə münasibətlərin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışılıb, qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərindən bəhs edilib. İki ölkə arasında qanunverici orqanlar səviyyəsində əlaqələrin genişləndirilməsi, deputatların dostluq qrupları çərçivəsində, həmçinin beynəlxalq parlament təşkilatlarında qarşılıqlı faydalı əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31