EN

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib.

Elm və Təhsil Nazirliyindən 525.az-a bildirilib ki, iclasda sertifikatlaşdırma prosesinin təşkili ilə bağlı müzakirələr aparılıb və test imtahanı mərhələsinin keçirilmə tarixlərinə dair qərar verilib.

Qərara əsasən, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi iyunun 21, 22 və 24-də, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə iyunun 8-də keçiriləcək.

Bildiririk ki, təkrar sertifikatlaşdırmaya cəlb ediləcək müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, keçənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 min 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.

Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Sevinc Qarayeva























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
5
Sources
Comment ()
Close