EN

“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama

"Üç il bundan əvvəl xaricdəki tədbirlərin birində içkimə nəsə qatmışdılar. Həmin gecədən səsim batdı. İki il yarım oxuya bilmədim. O tədbirdə milli janrın ifaçıları və televiziya işçiləri var idi".

Show.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Tarixin bir günü" verilişində deyib. Sənətçi həmin şəxsin kim olduğunu bildiyini də vurğulayıb:

"Bu haqda ona görə danışmırdım ki, o şəxslər istəyinə nail olmadılar. Roza yenə də var. Həmin şəxsin kim olduğunu bilirəm. Onunla münasibətim də var. Milli janrda oxuyan ifaçıdır.
Mən də bilmirəm ki, niyə edib. Muğam ifaçısı deyiləm. Onların dəvət aldığı toylara getmirəm. Ümumiyyətlə, o adamlarla rəfiqəliyim yoxdur. Yaradan insanı qoruyur. Özü bilir ki, hansı bəndəsi nəyə çarədir. Siz belə etdikcə sənətimlə daha da aqressiv şəkildə məşğul oluram və dayanmıram". /axsam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1129
25
show.az

10Sources